Medianews.az
Toyda qalmaqal -
594 baxış

Toyda qalmaqal - Gəlin üçün eyni anda 2 bəy gəldi

Hindistanda toyların birində qeyri-adi hadisə yaşanıb. 17 yaşlı gəlinin evinə eyni anda ailələri ilə birlikdə iki bəy gəlib və hər biri onunla evlənmək hüququna sahib olduğunu iddia edib.

Medianews.az xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Khatauli kəndində baş verib.

Atası polisə bildirib ki, qızını əvvəlcə 20 yaşlı Pradip Kumarla nişanlayıb. Lakin toy ərəfəsində Kumarın ailəsində yas düşdüyü üçün mərasimin baş tutub-tutmayacağı sual altında qalıb. Cavab gözləmədən ailə başqa namizəd – Akaşı seçib.

Nəticədə iki tərəf arasında mübahisə və dava düşüb. Bu zaman kiminsə qızın yaşının az ola biləcəyi barədə “qaynar xətt”ə məlumat verməsi ilə polis və məmurlar müdaxilə ediblər. Toy dayandırılıb, qız müvəqqəti mərkəzə yerləşdirilib və yaşı tibbi müayinələrlə dəqiqləşdiriləcək.

Hər iki bəy isə məyus halda kəndi tərk edib.

Medianews.az

Bizə qoşulun