Medianews.az
Bazarlarda satılan bütün məhsulların
83 baxış

Bazarlarda satılan bütün məhsulların etiketlənməsinə başlanılır

"Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək".

Medianews.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev agentliyin 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:

"Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsi həyata keçirilir. Artıq Təzə bazarda etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək".

Bizə qoşulun