Medianews.az
Xalq şairi
79 baxış

Xalq şairi reanimasiyadadır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Medianews.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

"Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub", - o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

Bizə qoşulun