Türkiyədə bir tibb bacısı sosial şəbəkədə paylaşdığı video ilə işindən çıxdığını açıqlayıb.
Medianews.az məlumatına görə, o, həyat yoldaşı daha işləməsini istəmədiyi üçün bu qərarı verib.
Qadın qeyd edib ki, peşəsi həm fiziki, həm də psixoloji baxımdan olduqca yorucudur: “Artıq evimdə olacağam və vaxtımın qədrini biləcəyəm”.
Paylaşım sosial mediada birmənalı qarşılanmayıb. Tənqidlərə cavab olaraq o, maaşın bu qədər ağır iş rejiminə dəymədiyini vurğulayıb və 24 saatlıq növbənin çətinliyini yaşamayanların onu qınamamasını istəyib.
Medianews.az