Türkiyənin Burdur vilayətində universitet tələbəsinin yataqxanada ölümü ilə nəticələnən hadisə araşdırılır.
Medianews.az xəbər verir ki, hadisə Mehmet Akif Ersoy Universitetinin kampusunda yerləşən Səfahat Qızlar Yataqxanasında baş verib. Məlumata görə, yataqxanada yaşayan 22 yaşlı Z.K. naməlum səbəbdən binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.
Şahidlərin məlumat verməsindən sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Həkimlərin apardığı ilkin müayinə zamanı gənc qadının həyatını itirdiyi müəyyən edilib.
Daha sonra hadisə yerində prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. Tələbənin meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün morqa aparılıb.
Polis hadisənin başvermə səbəbini araşdırır. Gənc qadının yıxılması ilə bağlı bütün ehtimalların nəzərdən keçirildiyi bildirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Medianews.az