İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin İsrail hücumunda həlak olmasından sonra ölkədə idarəetmə böhranı yarandığı iddia edilir.
Medianews.az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
Məlumatlara görə, prezident Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlama çağırışı hakimiyyət daxilində ciddi fikir ayrılığına səbəb olub. İnqilab Keşikçiləri Korpusu bu təşəbbüsə kəskin qarşı çıxır. Eyni zamanda Müctəba Xamenei adına yayılan açıqlamaların da mübahisə doğurduğu bildirilir.
İddialara əsasən, Pezeşkian vəziyyətin gərginləşməsi fonunda istefa ehtimalını da nəzərdən keçirir.
Laricani son dövrdə İranın güc balansında önəmli fiqurlardan biri sayılırdı. Onun öldürülməsi ölkə rəhbərliyinin yüksək səviyyəsinə yönəlmiş hücumların davamı kimi qiymətləndirilir.
Rəsmi açıqlamaya görə, hücum zamanı Laricani ilə yanaşı oğlu, köməkçisi və mühafizəçiləri də həyatını itirib. Prezident Pezeşkian hadisəni sərt ifadələrlə pisləyib.
Qeyd edək ki, bölgədə davam edən qarşıdurma fonunda İran daxilində siyasi gərginliyin artdığı bildirilir.
Medianews.az