Bu gün qazaxıstanlı tanınmış aktyor Murat Bisenbin 54 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyorun qızı Diana Bulatova sosial şəbəkə hesabında məlumat verib.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi aktyorun ailəsinə və yaxınlarına başsağlığı verib. Nazirlik qeyd edib ki, Bisenbin ölkə kinosunun inkişafına mühüm töhfələr verib.
Məlumata görə, 2024-cü ildə sənətçiyə mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. Aktyor keçən ilin dekabrında isə insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bisenbin bir çox film və teleseriallarda rol alıb.