Medianews.az
Türkiyəli məşhurların
167 baxış

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Reklam, film və serial sektorunda aktiv ollan bəzi türkiyəli tanınmışların sərvətləri açıqlanıb. Onların maliyyə vəziyyətindəki nəzərəçarpacaq artım müzakirələr yaradıb.

BAKU.WS sərvəti açıqlanan həmin məşhurların siyahısını təqdim edir:

Son illərdə rol aldığı seriallar və reklam layihələri ilə böyük maraq doğuran Hande Erçel qazancını əsasən daşınmaz əmlaka yatırır. Məlumatlara görə, onun ümumi sərvəti 249 milyon lirə dəyərində qiymətləndirilir.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

"Muhteseşm Yüzyıl" serialı ilə şöhrətini artıran Meryem Uzerli isə uğurlu reklam müqavilələri sayəsində gəlirini əhəmiyyətli dərəcədə artırıb. Aktrisanın sərvətinin 320 milyon lirəyə çatdığı bildirilir.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Karyerasını hazırda İtaliyada davam etdirən Can Yamanın da maliyyə göstəriciləri diqqət mərkəzindədir. Onun sərvəti hazırda 311 milyon lirə təşkil edir.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Ailəsi ilə birlikdə Dubaya köçən aktyor Engin Altan Düzyatanın malik olduğu sərvət isə xüsusi maraq doğurur. Məlumatlara görə, tanınmış aktyorun sərvəti təxminən 50 milyon dollar civarındadır.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Rol aldığı seriallar və reklam layihələri ilə böyük rezonans yaradan Serenay Sarıkayanın da yüksək gəlirə sahib olduğu qeyd olunur. Onun ümumi mal varlığı 186 milyon lirədir.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Son zamanlar daha çox yüksək məbləğli reklamlara çəkilən Kıvanç Tatlıtuğun sərvəti 15 milyon dollar dəyərləndirilir.

Türkiyəli məşhurların SƏRVƏTİ AÇIQLANDI

Bizə qoşulun