Medianews.az
Taliban Pakistan ərazisinə hava zərbələri endirdiyini açıqladı -
97 baxış

Taliban Pakistan ərazisinə hava zərbələri endirdiyini açıqladı - FOTO

Əfqanıstanda hakimiyyətdə olan Taliban administrasiyası Pakistan ərazisində İŞİD-ə məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirdiyini açıqlayıb. Pakistan isə sərhədi pozduğu iddia edilən 4 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Medianews.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Pakistanın Bəlucistan əyalətinin Saranan qəsəbəsi və Xeybər Paxtunxva əyalətinin bəzi bölgələrində həyata keçirilib.

Pakistan tərəfi vurulan pilotsuz uçuş aparatlarından birinin Saranan qəsəbəsində məktəbin yaxınlığına düşdüyünü, nəticədə 2 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, iki ölkə arasında gərginlik ötən həftə Pakistanın Əfqanıstanın şərqinə endirdiyi hava zərbəsindən sonra daha da artıb. Həmin hücum zamanı azı 28 nəfərin öldüyü bildirilmişdi.

Pakistan Əfqanıstanı öz ərazisində Pakistana qarşı fəaliyyət göstərən silahlı qruplara sığınacaq verməkdə ittiham edir. Taliban isə bu iddiaları rədd edir. Son hadisələr iki qonşu ölkə arasında təhlükəsizlik böhranının daha da dərinləşdiyini göstərir.

Medianews.az

Bizə qoşulun