Medianews.az
İspaniyada istilər mindən çox insanın ölümünə
66 baxış

İspaniyada istilər mindən çox insanın ölümünə səbəb oldu

İspaniyada 2026-cı ilin iyun ayında mindən çox ölüm halının isti hava şəraiti ilə əlaqədar olduğu müəyyən edilib.

Medianews.az xəbər verir ki, bu barədə gündəlik ölüm faktlarının monitorinqi sisteminin göstəricilərində məlumat açıqlanıb.

Bundan əvvəl "El Pais" qəzeti ilkin məlumatlara əsaslanaraq 900 ölüm hadisəsi barədə xəbər vermişdi.

Keçən ay İspaniya Dövlət Meteorologiya Agentliyinin 1961-ci ildən bəri apardığı müşahidələr tarixində ən isti ikinci iyun olub - orta temperatur 23.2 dərəcə. Ən yüksək göstərici isə 23.6 dərəcə ilə 2025-ci ilin iyun ayında qeydə alınıb.

Yüksək temperatur səbəbindən baş verən ölüm halları ilə bağlı müşahidələr 2015-ci ildən etibarən aparılır. Daha öncə ən yüksək göstərici 2017-ci ildə qeydə alınmışdı. Həmin vaxt 1000 nəfər həyatını itirmişdi. Hazırda ölkənin bir sıra regionlarında 40 dərəcəni aşa biləcək kəskin isti hava şəraiti ilə əlaqədar yenidən xəbərdarlıq elan edilib./Oxu.az

Bizə qoşulun