"Milan", "Barselona" və PSJ kimi nəhəng klubların keçmiş hücumçusu Zlatan İbrahimoviç, DÇ-2026-da indiyə qədər ən yaxşı futbol nümayiş etdirən komandanın adını açıqlayıb.
Medianews.az xəbər verir ki, isveçli ulduz pley-offun 1/16 finalında Ekvadoru 2:0 hesabı ilə məğlub edən Meksika millisinin oyununa heyran qalıb: “Onlar həm hücumda, həm də müdafiədə çox yüksək intensivliklə oynayırlar. İlk dəqiqələrdən meydanın ağası kim olduğunu göstərdilər, iki qol vurdular və qələbə qazandılar. İndiyə qədər turnirdəki ən yaxşı çıxış Meksika yığmasına məxsusdur”.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilir.
Medianews.az