Medianews.az
Trampı şoka salan qərar –
130 baxış

Trampı şoka salan qərar – "Təəssüf doğuran haldır, dərhal hərəkətə keçməliyik"

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağı nəzərdə tutan prezident fərmanını rədd edib.

Medianews.az xəbər verir ki, məhkəmə bu hüququn ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə qorunduğunu bildirərək mövcud qaydaların qüvvədə saxlanılmasına qərar verib.

Ali Məhkəmənin baş hakimi Con Roberts bildirib ki, ABŞ-də doğulan demək olar ki, bütün uşaqlar avtomatik olaraq vətəndaşlıq hüququ qazanırlar. Bununla da ölkədə qanunsuz və ya müvəqqəti yaşayan şəxslərin övladlarının vətəndaş sayılmaması ilə bağlı Trampın fərmanı qüvvəyə minməyib.

Qərar 9 hakimdən 6-sının səsi ilə qəbul edilib.

Bununla yanaşı, Ali Məhkəmə trans qızların və qadınların dövlət məktəbləri və universitetlərin qadın idman komandalarında iştirakını qadağan edən ştat qanunlarını da təsdiqləyib.

Trampdan etiraz

Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Ali Məhkəmənin qərarını "təəssüf doğuran hal" adlandırıb.

O bildirib ki, Konqres prezidentin dəstəyi ilə qəbul ediləcək qanun vasitəsilə bu məsələni asanlıqla həll edə bilər və bunun üçün Konstitusiyaya dəyişiklik edilməsinə ehtiyac yoxdur.

Tramp Konqresi doğumla vətəndaşlıq hüququna son qoyacaq qanun layihəsi üzərində dərhal işləməyə çağıraraq, bu təşəbbüsə tam və qeyd-şərtsiz dəstək verəcəyini vurğulayıb.

Medianews.az

 

 

Bizə qoşulun