Şuşadakı Qazançı kilsəsi ilkin memarlıq üslubuna uyğun olaraq bərpa edilib.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
"Kilsə öz ilkin memarlıq üslubuna uyğun olaraq bərpa edilib. Azərbaycan ərazisindəki bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq mühafizə olunur, qorunub saxlanılır və bərpa edilir", - Prezidentin köməkçisi qeyd edib.
Inside the Ghazanchi Church in Shusha. The church has been restored in accordance with its original architectural style. All lawful structures, as well as historical, cultural, and religious monuments within the territory of the Republic of Azerbaijan, are protected, reserved and… pic.twitter.com/jcswMdiq9t
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 2, 2026