Suriyada parlamentin formalaşması start götürüb. Keçid dövrünün qaydalarına görə, 210 nəfərlik Xalq Məclisinin 140 üzvünü 14 bölgədə yaradılmış seçicilər kollegiyası seçir, 70 üzvünü prezident təyin edir. Oktyabrın 5-də 11 bölgədə seçki baş tutub. Qalan 3 bölgədə səsvermə sonraya saxlanıb.
5 oktyabr seçkisi yeni dövrün ilk seçkisi olub.
2011-ci ilin yazında ölkədə hakimiyyətə qarşı başlanan xalq hərəkatı vətəndaş müharibəsinə çevrilib. 2020-ci ildən nisbi sabitlik hökm sürüb. 2024-cü il noyabrın 27-dən müxalif qüvvələrin hakim rejimə qarşı yeni hərbi həmləsi başlayıb, dekabrın 8-də prezident Bəşər Əsəd ölkəni tərk edərək Rusiyaya sığınıb, rəhbərlik Əhməd əş-Şəraaya keçib.
Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutub. 1971-2000-ci illərdə isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.
2025-ci il yanvarın 29-da Əhməd əş-Şəraa keçid dövrü üçün prezident elan olunub.
Toğrul Əli,
Medianews.az