Medianews.az
Sumqayıt Apellyasiya Məhkəməsinə
79 baxış

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin ediləcək

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir.

Bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Deputatlar Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunmasına baxacaqlar.

Qeyd edək ki, B.Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2003-2005-ci illərdə isə magistr təhsilinə yiyələnib.

O, ilkin olaraq, Şəki Ağır Cinayətlər Məhkəməsində fəaliyyətə başlayıb. 2023-cü dekabrında Bakı Hərbi Məhkəməsinə ezam olunub./oxu.az

Bizə qoşulun