Laosda qızıl axtarmaq üçün mağaraya enən 7 nəfərdən 5-i bir həftə sonra xilas edilib.
Medianews.az xəbər verir ki, güclü yağışlar nəticəsində mağaranı su basıb və qrupun üzvləri təxminən 100 metr dərinlikdə köməksiz qalıblar. Üç nəfər çətinliklə çölə çıxaraq xilasedicilərə xəbər verib.
Yerli, Tayland və Çin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mağarada qalan 5 nəfər sağ-salamat tapılıb. Onların az miqdarda ərzaq və su ehtiyatı sayəsində sağ qaldıqları bildirilir.
Hazırda mağarada qalan daha iki nəfərin axtarışları davam edir.
Medianews.az




