Medianews.az
SON DƏQİQƏ! Karantin elan edildi -
112 baxış

SON DƏQİQƏ! Karantin elan edildi - Bu ölkədə

Fransa hakimiyyəti hantavirus diaqnozu qoyulmuş şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə alıb.

Karantinə alınanlardan biri infeksiyaya yoluxmuş xəstəni daşıyan təyyarənin sərnişini olub. Həmin şəxsdə yüngül simptomlar müşahidə edilsə də, aparılan testin nəticəsi mənfi çıxıb. Karantindəki digər yeddi nəfərin isə epidemiyanın mənbəyi hesab olunan "MV Hondius" kruiz gəmisindən düşən sərnişinlə təmasda olduğu bildirilir.

Medianews.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, gəmidə olan daha beş Fransa vətəndaşının Kanar adalarına çatdıqdan sonra 24–48 saat ərzində ölkəyə qaytarılması planlaşdırılır. Həmin şəxslər həm gəmini tərk edərkən, həm də Fransaya çatdıqdan sonra təkrar testlərdən keçiriləcəklər. Rəsmi mənbələr hazırda bu şəxslərdə hər hansı narahatedici simptomun olmadığını qeyd edir. Ölkəyə qayıdanlar arasında simptom göstərənlər ixtisaslaşmış tibb müəssisələrinə yerləşdiriləcək, simptomu olmayanlar isə əlavə müayinələrdən sonra evə buraxılacaqlar.

Aprelin 1-də Argentinanın Uşuaya şəhərindən yola düşən "MV Hondius" gəmisində ümumilikdə səkkiz nəfərin hantavirus testi müsbət çıxıb ki, onlardan da üçü vəfat edib.

Təxminən 150 nəfərin olduğu gəmidə müxtəlif ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəbərdarlıq edirlər ki, hazırda And hantavirusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil və yeganə effektiv üsul erkən tibbi müdaxilədir. Bununla belə, ÜST bu hadisənin yeni bir pandemiyanın başlanğıcı kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.

Bizə qoşulun