Medianews.az
SOCAR-da işləyənlərə ŞAD XƏBƏR -
160 baxış

SOCAR-da işləyənlərə ŞAD XƏBƏR - Maaşlar bu qədər artdı

SOCAR-ın Prezidenti Rövşən Nəcəfovun 7 noyabr 2025-ci il tarixindəki əmrinə əsasən SOCAR- da çalışan işçilərin maaşlarının artırılıb.

Sözügedən əmrdə qeyd olunub ki, SOCAR-da çalışan işçilərin tarif (vəzifə) maaşlarının artırılması haqqında SOCAR-da son illərdə əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.

Bu ənənənin davam etdirilməsi məqsədi ilə SOCAR və Azərbaycan Neft va Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSIHIRK) birgə qarara alırlar:

1. 01 yanvar 2026-ci il tarixdən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə ) maaşları 30% artırılsın.

2. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan işçilərin əməyinin ödənilməsi haqqında Əsasnaməyə, 1, 2,3,4, 6,7, 7a. 7b, 8,9, 10, 11, 12, 13, 14, 16, 18, 59A, 65-1 və 65-2 nömrəli Əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur), 3. Əmr-qərarın icrasına nəzarət Baş ofisin mühasibatlıq və vergi departamentlərinə həvalə edilsin.

Referans.az

Bizə qoşulun