Medianews.az
Sfera.az-ın 14 yaşı tamam olur
53 baxış

Sfera.az-ın 14 yaşı tamam olur

Bu gün Sfera.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.

Medianews.az xəbər verir ki, 05 may 2012-ci ildən fəaliyyətə başlayan Sfera.az bu müddət ərzində ölkənin informasiya məkanında özünəməxsus yer tutaraq müstəqil və obyektiv media qurumu kimi tanınıb. Fəaliyyətimizin əsas məqsədi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri, eləcə də dünyada diqqət çəkən hadisələri operativ, dəqiq və etibarlı şəkildə oxucularımıza çatdırmaq olub. Eyni zamanda, fəaliyyəti boyu ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin, aparılan islahatların, qəbul olunan qərar və proqramların geniş və obyektiv şəkildə işıqlandırılmasına xüsusi diqqət yetirib.

Cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin düzgün təqdim olunması, rəsmi mövqelərin və ictimai rəylərin balanslı şəkildə çatdırılması prioritetlərimizdən biri olub. Bu illər ərzində Sfera.az yalnız xəbər yayımı ilə kifayətlənməyərək, müxtəlif sahələri əhatə edən müsahibələr, analitik yazılar, reportajlar və müəllif məqalələri ilə də seçilib. Gündəmə uyğun mövzuların araşdırılması, aktual məsələlərin təhlili və cəmiyyət üçün maraq doğuran sualların işıqlandırılması fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevrilib.

Oxucularına fərqli baxış bucaqları təqdim etməyə, hadisələrin mahiyyətini daha dərindən izah etməyə daim üstünlük verib. Sfera.az olaraq fəaliyyətimizin bütün mərhələlərində prinsipimiz dəyişməz qalıb – obyektivlik, qərəzsizlik və müstəqillik. Məlumatların dəqiqliyi və operativliyi ilə yanaşı, onların balanslı şəkildə təqdim olunması prioritet olub və bu yanaşma illər ərzində oxucuların etimadını qazanmağımıza şərait yaradıb. Sfera.az üçün oxucuları sadəcə izləyici deyil, həm də informasiya prosesinin aktiv iştirakçılarıdır.

Redaksiyanın əlaqə vasitələri ilə daxil olan məlumatlar sayəsində hadisələri daha operativ və dolğun işıqlandırmaq imkanımız yaranır. Oxucu ilə qurulan bu qarşılıqlı əlaqə saytın inkişafında mühüm rol oynayıb. Fəaliyyətimiz dövründə müxtəlif qurumlar, təşkilatlar və tərəfdaşlarla əməkdaşlıqlar quraraq informasiya mübadiləsinin genişlənməsinə və oxuculara daha keyfiyyətli, zəngin məzmun təqdim olunmasına nail olmuşuq. 14 il ərzində qazandığımız təcrübə və oxucu etimadı bizim üçün ən böyük dəyərdir.

Medianews.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Bizə qoşulun