Medianews.az saytı mərhum şairə, yazıçı-publisist Hicran Hüseynovanın şeirini təqdim edir.
Nəfəsi külək,
ulduzları çiçək,
günəşi göyçək TANRIm!
“Ucalardan ucasan,
kimsə bilməz necəsən!”
Mən bilirəm: Qadirsən, Rəhman,
Rəhim, Kərimsən!
Çiçək ulduzlarınmı soldu, TANRIm,
göyçək günəşinmi söndü,
külək nəfəsinmi təngidi –
Səndən sevinc istəmişdim,
nooldu?..

1970-ci il noyabrın 7-də Füzuli rayonunda doğulan Hicran Hüseynova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “P.S” qəzetinin ədəbi işçisi olub. 1999-cu ildən “Ulduz” jurnalında çalışıb, tənqid və publisistika şöbəsinə redaktorluq eləyib.
Ədəbi fəaliyyətə orta məktəb illərində başlayıb.
“Yaşıl eskiz” kitabının müəllifidir.
Hicran Hüseynova 2026-cı il iyunun 5-də vəfat edib, Saatlının Azadkənd kəndində dəfn olunub.
Azadkənd Hicran Hüseynovanın ömür-gün yoldaşı, tanınmış jurnalist Rövşən Hacıbəylinin ata yurdudur. Onlar 1992-ci ildə ailə qurublar, iki övladları var.