Medianews.az
Samuxda çayın kənarından 18 yaşlı gəncin meyiti tapıldı
88 baxış

Samuxda çayın kənarından 18 yaşlı gəncin meyiti tapıldı

Samux rayonunda gənc oğlanın meyiti tapılıb.

Hadisə iyunun 1-i axşam saatlarında Kür çayının rayon ərazisindən keçən hissəsində sahildə baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü Emin Məmmədovun meyiti çayın sahilindəki ərazidə tapılıb.

İkin ehtimala görə, E.Məmmədov ürək tutmasından qəfil vəfat edib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Bizə qoşulun