Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.
Medianews.az report-a istinadən xəbər verir ki hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.