Misirli futbolçu Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Medianews.az xəbər verir ki, təcrübəli hücumçu "Beşiktaş"la ilkin razılıq əldə edib. Jurnalist Santi Aunanın məlumatına görə, tərəflər müqavilənin əsas şərtləri üzrə ortaq məxrəcə gəliblər. Bildirilir ki, Salah İstanbul təmsilçisində illik 10 milyon avro qazanacaq. Müqavilədə əlavə bonusların da nəzərdə tutulduğu qeyd olunur.
Qeyd edək ki, Salah ötən mövsümün sonunda "Liverpul"dan ayrılıb./Metbuat.az