Futbol üzrə dünya çempionatında üçüncü yerin sahibini müəyyənləşdirəcək matç baş tutacaq.
Medianews.az xəbər verir ki, bürünc medal uğrunda mübarizədə Fransa yığması İngiltərə millisi ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyulun 18-dən 19-na keçən gecə saat 01:00-da səslənəcək.
Dünya çempionatı
Üçüncü yer
19 iyul
01:00. Fransa - İngiltərə.
Qeyd edək ki, turnirin final qarşılaşmasında Argentina millisi İspaniya yığması ilə çempionluq üçün üz-üzə gələcək.