Medianews.az
 Saçlarınız çiməndən sonra "şir" kimi görünrsə belə edin
108 baxış

Saçlarınız çiməndən sonra "şir" kimi görünrsə belə edin

Saçların "zəncirotu" kimi qabarması və hər tərəfə dağılması bir çox qadının ortaq problemidir. Xüsusilə buruq və dalğalı saçlarda rast gəlinən bu xoşagəlməz görünüş saçın qoruyucu təbəqəsi olan kutikulun zədələnməsindən xəbər verir.

Demokrat.az xəbər verir ki, mütəxəssis-trixoloqlar saçların qabarmasına səbəb olan yeddi əsas səhvi və bu problemi həll etməyin yollarını açıqlayıblar.

Əsas problem saç tellərinin üzərindəki xırda pulcuqların (kutikulun) açıq qalmasıdır. Sağlam saçda bu pulcuqlar bir-birinə sıx yapışaraq nəmi daxildə saxlayır. Lakin yanlış qulluq nəticəsində pulcuqlar açılır, saç nəmini itirir və elektrikləşərək qabarır.

Ən çox yayılan səhvlərdən biri şampun seçimidir. Şampunu saçın uzunluğuna yox, baş dərisinin tipinə görə seçmək lazımdır. Həmçinin saçları yuyarkən qaynar sudan istifadə etmək və onları dəsmalla sərt qurulamaq olmaz. Nəm saçları kobud şəkildə daramaq da tellərin qırılmasına və qabarmasına şərait yaradır.

Mütəxəssislər hər yumadan sonra mütləq kondisioner istifadə etməyi tövsiyə edirlər. Çünki məhz kondisioner şampundan sonra açılan pulcuqları bağlayaraq saçın hamar qalmasını təmin edir. Bundan əlavə, metal daraqlardan imkan qədər qaçmaq, ağac və ya silikon materiallara üstünlük vermək lazımdır.

Fen və ütülərdən istifadə edərkən termomüdafiə vasitələrini unutmamaq, həmçinin saçı günəşdən və şaxtadan qorumaq vacibdir. Kimyəvi boyalar və bəzi "laminasiya" prosedurları da saçın strukturunu daxildən zədələyərək vaxtından əvvəl tökülməsinə və solğun görünməsinə səbəb olur.

Bizə qoşulun