Medianews.az
"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov
53 baxış

"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Medianews.az AFFA-nın saytına istinadən məlumatına görə, "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Neftçi"nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Bizə qoşulun