Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Medianews.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Qarayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur: dələduzluğa cəhd və daha böyük miqyasda mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq.
İstintaq materiallarında bildirilir ki, Ə.Qarayev və onun silahdaşları "Sibiryak" tikinti şirkətinin rəhbəri Vladimir Yeqorovdan rüşvət alıblar.
Xatırladaq ki, "Sibiryak" Krasnoyarsk diyarının ən böyük tikinti şirkətidir. Hazırda qeyd etmək lazımdır ki, Yeqorov da dələduzluq ittihamı ilə ev dustaqlığındadır.