Medianews.az
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi -
53 baxış

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. Bu yanaşma həm yüksək bilikli kadrlardan səmərəli istifadəni təmin etməyə, həm də ordunun insan resurslarının inkişafını gücləndirməyə xidmət edir. 

Medianews.az  xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək, yəni 600 və yuxarı bal toplayan gənclərin Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində intelektual bölmələrdə xidmət keçməsi qərarı çox yaxşı və ağıllı addımdır və bunu alqışlayır:

"Bu yanaşma yalnız Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır. Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi məktəbləri də var və onları da yüksək intellektual səviyyəyə malik gənclərlə təmin etmək lazımdır. Onlara da belə şərait yaradılmalıdır ki, həmin bölmələrdə xidmət keçə bilsinlər. Mən hesab edirəm ki, bu yanaşma ordunun savadlı kadrlarla təmin olunmasına müsbət təsir göstərəcək və gənclər normal şəraitdə xidmətlərini yerinə yetirə biləcəklər".

Ekspert qeyd edib ki, bu, həm də keçmişdə yaşanan bəzi faciəvi hadisələrin təkrarının qarşısını almağa kömək edəcək. 

"Məsələn, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda ADA Universiteti məzunu Ceyhun Hüseynov yüksək bal toplamış gənc olaraq həyatını itirmişdi. Bu hadisə sonradan ciddi problemlərlə nəticələndi, hərbi hissə komandiri və tibb xidməti rəisi həbs olundu və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Gələcəkdə bu modelin tətbiqi ordu üçün uğurlu olacaq və genişləndirilməlidir. Bu yanaşma bütün orduda tətbiq olunmalı və yalnız Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır, çünki digər birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Mən bu prosesə geniş kontekstdə baxılmasının tərəfdarıyam" - Üzeyir Cəfərov bildirib. 

Qeyd edək ki, bu yeni modelin genişləndirilməsi və bütün orduda tətbiqi həm yüksək bilikli gənclərin xidmətə cəlb edilməsinə, həm də silahlı qüvvələrin savadlı kadrlarla təmin olunmasına xidmət edəcək.

Bizə qoşulun