Medianews.az
Cinsiyyət dəyişdirmək istəyənlər üçün yeni sərt cəzalar -
57 baxış

Cinsiyyət dəyişdirmək istəyənlər üçün yeni sərt cəzalar - 4 ilədək...

Türkiyə hökuməti LGBTQ fəaliyyətlərini sərt şəkildə tənzimləyən yeni qanun layihəsini açıqlayıb. 

Medianews.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə görə, LGBTQ-ni açıq şəkildə təşviq edən və dəstəkləyən şəxslər təxminən 3 ilədək həbs cəzası ilə üzləşə bilər.

Eyni cinsdən olanların nişan və ya simvolik nikah mərasimləri təşkil etməsi də cinayət sayılır və buna görə təxminən 4 ilədək həbs tətbiq olunacaq.

Cinsiyyət dəyişdirmə əməliyyatları üçün yaş həddi 25-ə qaldırılır və bunun üçün rəsmi tibbi ekspertizalar və icazə tələb olunur. Qaydaları pozaraq əməliyyat həyata keçirən şəxslər 3-7 ilədək həbs və cərimə ilə cəzalandırılacaq; uşaqda və ya səlahiyyətsiz şəxslər tərəfindən edilərsə, cəza artırılacaq.

Layihə hələ parlamentdə müzakirə mərhələsindədir və qanunlaşması üçün əlavə təsdiq tələb olunur.

Bizə qoşulun