NBK Motors MMC
Baş Mühasib
Son tarix 16 mar 2026 - HavvaQurbanova@nbkmotors.az
İş barədə məlumat:
İş yeri: Babək plaza
Sahə: Avtomobil satışı / idxal
İş qrafiki: Tam iş günü
Təcrübə: Minimum 5 il
Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat)
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;
Avtomobil alqı-satqısı üzrə tam mühasibat uçotunun aparılması
İdxal olunan avtomobillər üzrə gömrük bəyannamələrinin, rüsumların, ƏDV və digər ödənişlərin uçotu
Gömrük və logistika xərclərinin avtomobillərin maya dəyərinə düzgün daxil edilməsi
Gömrüklü, gömrüksüz və satılmış avtomobillərin uçotunun aparılması
Vergi uçotu və hesabatların (ƏDV, mənfəət, gəlir, DSMF və s.) hazırlanması
Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
Maliyyə və statistik hesabatların vaxtında və dəqiq təqdim edilməsi
Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
Bank və kassa əməliyyatlarına nəzarət
Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;
Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;
Debitor və kreditor borclarına nəzarət
Müqavilələrin maliyyə baxımından yoxlanılması
Mühasibat sənədlərinin arxivləşdirilməsi
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
TƏLƏBLƏR:
Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
Avtomobil satışı və ya idxal sahəsində mühasibatlığa dair dəqiq biliklər
Vergi və mühasibat qanunvericiliyini dərindən bilmək
Gömrük əməliyyatları üzrə dəqiq və tam biliklər
Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
Analitik düşüncə və yüksək məsuliyyət
ŞİRKƏT TƏKLİF EDİR:
Stabil iş mühiti
Karyera inkişafı imkanları
Əmək haqqı: 5000-10000 AZN
MÜRACİƏT QAYDASI:
CV-lərinizi “Baş mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.