Medianews.az
“5 yaşımda ölümün pəncəsindən qurtuldum”
42 baxış

“5 yaşımda ölümün pəncəsindən qurtuldum”

Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü bildirib.

Medianews.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. Xanəndə 5 yaşında selə düşdüyünü deyib:

"Məni 5 yaşımda Cəbrayılda olarkən sel aparıb. Ölümün pəncəsindən qurtulmuşam. Möcüzə nəticəsində sağ qaldım. Kəndimizdəki çayın üzərindən taxtadan körpü düzəltmişdilər. Yanımda da nadinc bir uşaq var idi. Körpünü yellətdi və suya yıxıldım. Məni sel apardı, kəndin bitən hissəsində məni xilas etdilər. Zədələnmişdim, ciyərlərimə su yığılmışdı. Sonra məni xəstəxanaya apardılar. Xəstəxanadan evə qayıdan anam xəbər tutdu. Sel aparan anda xəbər tutsaydı, bəlkə ürəyi dayanardı".

Bizə qoşulun