Əslən Cəlilabad rayonundan olan itkin şəhidin nəşinin qalıqları tapılıb.
Medianews.az qafqazinfo-ya xəbər verir ki, Cəlilabad sakini, şəhid Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları müəyyən edilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Şəhidin nəşinin qalıqlarının dəfn mərasiminin doğma rayonunda — 19 fevral tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
