Medianews.az
Rusiya millisinin baş məşqçisi -
91 baxış

Rusiya millisinin baş məşqçisi - Çoxları "pley-off"a keçə bilməyəcək

Rusiya millisinin məşqçisi Nikolay Pisaryev hazırda davam edən 2026-cı il Dünya Çempionatı ilə bağlı iddialı proqnoz verib.

Medianews.az xəbər verir ki, mütəxəssis turnirdə böyük sürprizlərin yaşanacağını bildirib:

"İndidən proqnoz verirəm ki, bu çempionatda, hətta elə qrup mərhələsindəcə çox sayda sensasiya qeydə alınacaq. Çoxları pley-off mərhələsinə keçə bilməyəcək".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026-da ilk dəfə olaraq 48 komanda 12 qrupda mübarizə aparır. Son dünya çempionu Argentina millisidir. Rusiya yığması isə 2022-ci ilin fevralından bəri beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Medianews.az

Bizə qoşulun