Medianews.az
Rüfət Nasosnu Səidə Bəkirqızına
128 baxış

Rüfət Nasosnu Səidə Bəkirqızına SƏSLƏNDİ

“Səidə Bəkirqızı hansı ibrətamiz hərəkəti ilə kiməsə təsir eləyəcək? Sənin reabilitasiya mərkəzində nə işin var axı? Hər kəs öz işi ilə məşğul olsa daha gözəl olardı məncə. Televiziya mühəndisisən, get televiziya mühəndisliyini elə də…”

Medianews.az xəbər verir ki, bu sözləri məşhur meyxanaçı Rüfət Nasosnu aparıcı Səidə Bəkirqızının sosial şəbəkədə yayılan videosu ilə bağlı narazılığını ifadə edərkən deyib. Onun sözlərinə görə, Səidə Bəkirqızının reabilitasiya mərkəzlərindən birində çıxış etməsi və debat aparması tamamilə yanlış addımdır:

“Mənə ən əsas maraqlandıran o reabilitasiya mərkəzinin rəhbərləridir ki, siz bu adamı bura niyə çağırmısız? Hansı məqsədlə çağırmısız? Mən sizə bir rəy də yazdım ki, əgər lazımdırsa çağırın bir danışaq, bir söhbətləşək, bir fikir mübadiləsi eləyək. Yoxsa ki, Səidə Bəkir qızı kimə təsir eləyəcək? Yəni onun sahəsi deyil də”.

Meyxanaçı qeyd edib ki, aidiyyatı olmayan şəxslərin öz sahələrindən kənar mövzularda bu cür fəallıq göstərməsi anlaşılan deyil:

“Yaxşı, tutaq bunlar çağırıblar. Bu Səidə Bəkir qızı, sən özün bilirsən ki, bu sənin işin deyil də. Hələ bir dəfə də, iki dəfə, üç dəfə, dörd dəfə, beş-altı video var. Televiziya mühəndisisən, get televiziya mühəndisliyini elə də. Yoxsa sənin reabilitasiya mərkəzində nə işin var axı? Nə bilim vallah”. //Konkret.az

Bizə qoşulun