Medianews.az
Rəqəmsal dövrün təhlükəsi:
116 baxış

Rəqəmsal dövrün təhlükəsi: Uşaqları miyopiyadan qorumağın yolları

Mütəxəssislər artan ekran istifadəsinin uşaqların göz sağlamlığı üçün ciddi risk yaratdığı barədə xəbərdarlıq edirlər.

Medianews.az -ın məlumatına görə, türkiyəli göz xəstəlikləri üzrə mütəxəssis Sevil Karaman bildirib ki, uzağı görməməyə səbəb olan miyopiya artıq daha erkən yaşlarda müşahidə olunur.

Plamnşet, telefon və kompüterdən nəzarətsiz istifadə uşaqlarda göz problemlərinin artmasına səbəb olur. Mütəxəssislərin sözlərinə görə, rəqəmsallaşmanın təsiri ilə miyopiyanın yaranma yaşı getdikcə aşağı düşür.

Sevil Karaman qeyd edib ki, təkcə ekran vaxtını azaltmaq kifayət etmir. Uşaqların həyat tərzi, genetik meyllilik və gündəlik fiziki aktivliyi də birlikdə nəzərə alınmalıdır.

Onun sözlərinə görə, miyopiyanın qarşısının alınması və inkişafının ləngidilməsi üçün uşaqların gündə ən azı 2 saat açıq havada vaxt keçirməsi vacibdir. Ekran qarşısında keçirilən vaxtın isə mümkün qədər 2 saatdan az saxlanılması tövsiyə olunur. Oxuma və yaxın məsafədə görülən işlər zamanı düzgün işıqlandırma və məsafə də mühüm rol oynayır.

Mütəxəssis bildirib ki, miyopiyanın tam qarşısını almaq hər zaman mümkün olmasa da, onun irəliləmə sürətini nəzarətdə saxlamaq mümkündür. Xüsusi damcılar, eynəklər və kontakt linzalar vasitəsilə xəstəliyin inkişafı ləngidilə bilər.

Həkim vurğulayıb ki, miyopiyada hər dioptriya artımı gözün arxa hissəsində yaranacaq ağırlaşma riskini yüksəldir. Buna görə erkən diaqnoz, mütəmadi göz müayinəsi və valideynlərin bu sahədə məlumatlı olması uşaqlarda gələcəkdə ciddi göz xəstəliklərinin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır.

Medianews.az

 

Bizə qoşulun