Medianews.az
Ramiz Mehdiyev işində son gəlişmə -
114 baxış

Ramiz Mehdiyev işində son gəlişmə - İki nəfər CƏZALANDIRILDI

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı istintaqın başlanmasından 30 gün keçməsinə baxmayaraq, hələ də rəsmi açıqlama verilməyib.

İşlə bağlı yayılan məlumatlara görə, Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev ölkənin strateji nazirliyində (FHN) müavin postunda qalır. 

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar haqqında ümumi fikirlər səsləndirmək olar, amma konkret işin detallarını bilmədiyimiz üçün hər hansı şərh yalnız ehtimallar əsasında ola bilər:

“30 günlük müddət məsələsinə gəldikdə, araşdırma aparılıb və köməkçinin həbs olunması ilə bağlı məlumat yayıldı. Həmçinin köməkçinin,  Elton Məmmədovun istintaqda dindirilməsi ilə bağlı məsələ gündəmə gəldi. Prokurorluq ona xəbərdarlıq edib.

Görülən tədbirlərdən məlum olur ki, işlə bağlı dindirilən və ya digər tədbir görülən şəxslər mövcuddur. Eyni zamanda, Ramiz Mehdiyev haqqında yayılan məlumatlara görə, o, dörd aylıq ev dustaqlığına götürülüb.

Diqqətinizə çatdırım ki, Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət işlərinin istintaq müddətləri müəyyən olunub və maksimum hədlər mövcuddur. Xüsusilə ağır cinayətlər üzrə bu müddət uzadıla bilər və Baş Prokurorluq tərəfindən 13-19 aya qədər artırıla bilər. Hələ ki bu müddət tamamlanmayıb, ona görə də fikirlər səsləndirmək tezdir.

Düşünürəm ki, ev dustaqlığı tədbirinin seçilməsi və işin davam etməsi zamanı məlumatların yayılmaması cinayət prosesinə və istintaqın gedişatına xələl gətirməmək məqsədilə həyata keçirilir. Bu baxımdan, işin həssaslığı, şəxslərin yüksək vəzifələrdə təmsil olunması və prosesin ciddiliyi nəzərə alınaraq, ictimaiyyətə hələ məlumat verilmir.

Ən düzgün yanaşma rəsmi açıqlamaları, müvafiq araşdırma aparan qurumların mövqeyini gözləməkdir”.

Bizə qoşulun