“Almalar ağciyərləri tənəffüs yolları xəstəliklərindən qoruyur”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Lyudmila Denisenko deyib.
Diyetoloq izah esib ki, bəzi araşdırmalar hər gün alma yeyənlərin yeməyənlərlə müqayisədə ağciyər funksiyasının daha yaxşı olduğunu və daha az tənəffüs xəstəlikləri riskinin olduğunu göstərib. Bundan başqa, Denisenkonun sözlərinə görə, meyvə tənəffüs sistemini tütün tüstüsündən və havanın çirklənməsindən qoruyur.
Mütəxəssis vurğulayıb ki, ən sağlam meyvələr yerli bağlarda yetişən mövsümi meyvələrdir.
Medianews.az