Medianews.az
Qəbizliyin əsas səbəblərindən biri
134 baxış

Qəbizliyin əsas səbəblərindən biri telefon asılılığıdır

Son illərdə uşaqlarda qəbizlik halları artır.  

Medianews.az məlumatına görə, mütəxəssislər bunu əsasən rəqəmsal ekranlardan həddindən artıq istifadə ilə əlaqələndirirlər.

 Araşdırmalara görə, uşaqlarda qəbizlik səviyyəsi təxminən 3–5 faiz arasında dəyişir, yeniyetmələrdə isə hər dörd nəfərdən biri bu problemlə üzləşir.

Mütəxəssislər bildirirlər ki, uşaqların gündə orta hesabla 6–8 saat telefon və digər rəqəmsal ekranlardan istifadə etməsi onların həyat tərzinə mənfi təsir göstərir. Xüsusilə tualetdə telefondan istifadə edilməsi fizioloji prosesin uzanmasına və nəticədə qəbizliyin yaranmasına səbəb olur.

Həkimlərin sözlərinə görə, normalda uşaqlarda tualetə getmə müddəti 3–5 dəqiqə olmalıdır. Lakin telefondan istifadə səbəbindən bu müddət bəzi hallarda 30 dəqiqəyə qədər uzanır ki, bu da funksional qəbizliyin əsas səbəblərindən biri sayılır.

Bundan əlavə, tualetdə telefon istifadəsi digər sağlamlıq riskləri də yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu vərdiş anal çatlar, hemoroid, eləcə də telefon üzərindən əllərə keçən bakteriya və virusların müxtəlif infeksiyalara səbəb olması riskini artırır.

Həkimlər valideynlərə uşaqlarda rəqəmsal ekran asılılığını azaltmağı və tualetdə telefon istifadəsini qadağan etməyi tövsiyə edirlər. Onların fikrincə, tualet prosesi 5 dəqiqədən çox çəkirsə, problemin digər səbəbləri araşdırılmalıdır.

Medianews.az

Bizə qoşulun