İngiltərə millisinin futbolçusu Entoni Qordon DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlubiyyətdən sonra Argentinalı ulduz Lionel Messi barədə fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, Qordonun sözlərinə görə, Argentina ilə qarşılaşmada Messinin səviyyəsinin düşündüyündən daha yüksək olduğunu anlayıb.
“Messinin illər ərzində “Barselona” üçün oyunlarda fərq yaratdığını görmüşəm. Amma bu gün başa düşdüm ki, o, düşündüyümdən də yaxşı futbolçudur”, – deyə Qordon qeyd edib.
O əlavə edib ki, dünya çempionatının qalibi “Barselona”ya böyük sevgisi olan futbolçuların yer aldığı komanda olacaq. Argentina finalda heyətində Lamin Yamal kimi “Barselona” futbolçuları olan İspaniya ilə qarşılaşacaq.
Medianews.az