Medianews.az
"Qaradağ Lökbatan"ın oyunçusu Emil Quluzadə II Liqada
120 baxış

"Qaradağ Lökbatan"ın oyunçusu Emil Quluzadə II Liqada "Ayın qolu" mükafatını alıb

Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan"ın futbolçusu Emil Quluzadə mükafatlandırılıb.

Bu barədə Medianews.az-a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafat XXII turun "Quba" ilə qarşılaşmasından əvvəl təqdim olunub.

Mükafatı Emil Quluzadəyə PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.

Bizə qoşulun