Medianews.az
Mütəxəssisdən ciddi xəbərdarlıq:
91 baxış

Mütəxəssisdən ciddi xəbərdarlıq: Uzunmüddətli ekran istifadəsi miyopiyanı artırır

Son illər telefon, planşet və kompüterdən istifadənin artması göz xəstəliklərinin, xüsusilə də miyopiyanın yayılmasını sürətləndirib. Uşaqlarda görmə pozuntularının sayı son illərdə üç dəfə artıb.

Medianews.az xəbər verir ki, bunu professor Mahmut Kaşkaloğlu deyib.

Onun sözlərinə görə, Çində aparılan və 6–8 yaş arası 120 min uşağı əhatə edən araşdırma zamanı miyopiya və digər görmə problemlərinin son 5 illə müqayisədə üçqat artdığı müəyyən edilib. Mütəxəssis bunu onlayn dərslər səbəbilə gündəlik ekran vaxtının azı 2,5 saat artması ilə əlaqələndirib. Oyunlar və sosial media bu müddəti daha da uzadır.

Professor Kaşkaloğlu qeyd edib ki, texnologiya müalicə imkanlarını da genişləndirib. Son 30 ildə göz xəstəliklərinin müalicəsində eksimer lazer tətbiq olunur, son 15 ildə isə femtosaniyə lazer texnologiyası cərrahi əməliyyatların uğur faizini əhəmiyyətli dərəcədə artırıb.

Mütəxəssisin sözlərinə görə, femtosaniyə lazer üsulu ilə miyopiya, hipermetropiya və astiqmatizm qısa müddətdə düzəldilə bilir. Əməliyyat bir neçə dəqiqə çəkir, xəstələr isə həmin gün evə buraxılır və gündəlik həyata tez qayıdırlar.

Medianews.az

Bizə qoşulun