İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bölgədə davam edən gərginliyin fonunda sərt açıqlama verib.
Medianews.az-ın məlumatına görə, o bunu "X" sosial şəbəkə hesabında yazıb.
"Vətən, ya ölüm! İran adalarının ərazisinə qarşı hər hansı bir təcavüz bütün sakitliyi pozacaq. Bütün məhdudiyyətlərdən imtina edib Fars körfəzini işğalçıların qanına bulayacağıq. ABŞ əsgərlərinin qanına görə Tramp məsuliyyət daşıyır", - deyə Qalibaf yazıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.//Oxu.Az