Medianews.az
Qala gecəsində çəkilən BU GÖRÜNTÜLƏR gündəm oldu -
96 baxış

Qala gecəsində çəkilən BU GÖRÜNTÜLƏR gündəm oldu - VİDEO

Yeni hind filmi “Tu Meri Main Tera Main Tera Tu Meri”nin premyerası bu dəfə filmin özü ilə deyil, qırmızı xalçada yaşanan anlarla gündəmə gəlib.

Medianews.az xəbər verir ki, filmin baş rol ifaçılarından olan Ananya Pandayın kamera qarşısında həmkarı ilə yaxın təmasdan narahat göründüyü görüntülər sosial mediada sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Qala gecəsi zamanı Ananya Pandayın belinə toxunulduğu anlar diqqətdən yayınmayıb. Aktrisanın üz ifadəsi, baxışları və bədən dili onun bu yaxınlaşmadan narahat olduğunu göstərib. Pandayın həmin anda məsafə saxlamağa çalışdığı və baxışları ilə narazılığını ifadə etdiyi açıq şəkildə hiss olunub.

Premyeradan yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə trendə çevrilib. Bir çox istifadəçi aktrisanın narahatlığının aydın şəkildə göründüyünü vurğulayaraq hadisəni tənqid edib. Müzakirələr xüsusilə “qırmızı xalçada şəxsi sərhədlər”, ictimai tədbirlərdə davranış etikası və qadınların komfort zonasına hörmət mövzularında cəmləşib.

Sözügedən görüntüləri təqdim edirik.

Medianews.az

Bizə qoşulun