8 yanvar tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Təhlükəsizlik Şurasının katibi nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, mədəni, siyasi və təhlükəsizlik sahələrini əhatə edən ikitərəfli münasibətlərin sabit inkişafını yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli münasibətlərin strateji səviyyəyə qaldırılmasının vacibliyini bir daha vurğulayıblar.
Həmsöhbətlər həmçinin regional əlaqələrin maneələrinin aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib, hər iki ölkənin xeyrinə Şimal-Cənub yol infrastrukturunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar./Unikal.az