Medianews.az
Ağ Ev tarixində ən gənc mətbuat katibi -
87 baxış

Ağ Ev tarixində ən gənc mətbuat katibi - 28 yaşlı Karolin kimdir?

Prezident Donald Trampın ikinci müddətində Ağ Evin mətbuat katibi vəzifəsini icra edən 28 yaşlı Karolin Kler Livit həm peşəkarlığı, həm də gözəlliyi ilə diqqət çəkir.

Medianews.az xəbər verir ki, Ağ Ev tarixinin ən gənc mətbuat katibi olan Livit vəzifəsinə 2025-ci ilin yanvar ayında başlayıb və rəngarəng həyatını sosial mediada paylaşmaqdan çəkinmir.

Karolin Kler Livit 24 avqust 1997-ci ildə Nyu-Hempşir ştatının Atkinson şəhərində anadan olub. ABŞ-də respublikaçı siyasətçi və siyasi kommunikasiya üzrə mütəxəssis olan Livit, Trampın birinci prezidentlik müddəti ərzində Ağ Evdə təcrübə keçib və kommunikasiya yönümlü vəzifələrdə çalışıb. Daha sonra mətbuat qrupuna qoşularaq Trampın ikinci prezidentlik müddətində seçki kampaniyasının sözçüsü olub.

Beyaz Saray tarihinin en genç basın sözcüsü! Güzelliğiyle dikkat çekiyor

2022-ci ildə Nyu-Hempşirin 1-ci konqres dairəsindən Nümayəndələr Palatasına namizədliyini irəli sürən Livit, Respublikaçıların ilkin seçkilərində qalib gəlsə də, ümumi seçkilərdə Demokrat rəqibinə uduzub.

Tramp Karolin Livitti 15 noyabr 2024-cü ildə Ağ Evin mətbuat katibi elan edib və o, vəzifəsinə 20 yanvar 2025-ci ildə başlayaraq ilk brifinqini verib. Livit eyni zamanda sosial media platformalarında aktivdir və rəngarəng həyatını izləyiciləri ilə paylaşır.

Bizə qoşulun