Medianews.az
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürdü
101 baxış

Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürdü

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Medianews.az-ın məlumatına görə, hadisə Goranboy–Tərtər yolunun rayonun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili  avtomobil yolu keçmək istəyən Kəlbəcər rayon sakini, hazırda Veyisli kəndində yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun