Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa İranın Keyptaun sahilləri yaxınlığında keçirdiyi hərbi-dəniz təlimləri ilə bağlı araşdırmanın başlanmasına göstəriş verib.
Keyptaun Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəridir.
Medianews.az bildirir ki, göstərişə əsasən, dörd nəfərdən ibarət komissiya bir ay ərzində hesabat hazırlayıb prezidentə təqdim etməlidir.
Məqsəd Ramafosanın Cənubi Afrikanın hərbi qurumlarına İranın təlimlərinə qoşulmamaq barədə verdiyi göstərişə əməl olunub-olunmadığını müəyyənləşdirməkdir.
Prezident Administrasiyasının bəyanatında bildirilir ki, itaətsizlik faktı üzə çıxsa, yüksək rütbəli hərbçilər vəzifəsini itirə bilər.
Qeyd edək ki, ABŞ Konqresinin xarici əlaqələr komitəsi İranın Keyptaun sahillərində hərbi təlimlərinə imkan yaratdığına görə Cənubi Afrikanı qınayıb, bu ölkəni İranla əlbir olub ABŞ-nin milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.
Mədinə Cəlilova,
Medianews.az