Medianews.az
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
120 baxış

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

Medianews.az "Report"a istinadən xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır.

Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni məğlub edib.

Bizə qoşulun