Medianews.az
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə
47 baxış

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə

Bu gün Misli Premyer Liqasında XVIII turunun son görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, "Neftçi" və "Qarabağ" növbəti oyunlarını keçirəcəklər.

Günün ilk matçında Bakı təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək. "Neftçi" 21 xalla 8-ci, Naxçıvan klubu 27 xalla 6-cı pillədə qərarlaşıb.

Turun son oyununda "Turan Tovuz" "Qarabağ"ın qonağı olacaq. Bu görüş saat 18:30-da başlayacaq. "Köhlən atlar" 36 xalla ikinci, ehtiyatda bir matçı da olan Tovuz təmsilçisi 30 xalla üçüncüdür.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

1 fevral

16:00. "Araz - Naxçıvan" - "Neftçi"

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Vüqar Həsənli.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Nəriman Axundov.

"Liv Bona Dea Arena"

18:30. "Qarabağ" - "Turan Tovuz"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Rəşad Əhmədov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Bizə qoşulun