Medianews.az
"Fırıldaq düşərgələri"nin təşkilatçıları
49 baxış

"Fırıldaq düşərgələri"nin təşkilatçıları bu ölkədə edam edildilər

Myanmanın şimalında fəaliyyət göstərən fırıldaqçılıqla məşğul olan (skam) mərkəzlərin 11 təşkilatçısı Çində edam olunub.

Publika.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildiirlib ki, bu mərkəzlərdə zorla saxlanılan şəxslər veb-kamera xidmətlərində işləməyə və onlayn fırıldaqçılıqla məşğul olmağa məcbur ediliblər. "Fırıldaq düşərgələri"nin fəaliyyətinə Min ailəsinə məxsus cinayətkar qruplaşmanın üzvləri rəhbərlik ediblər.

Belə mərkəzlərdən biri Tailand ordusu və Myanma hərbçiləri tərəfindən məhv edilib. Təşkilatçılar saxlanılaraq müxtəlif maddələr üzrə ittiham olunublar. Dəyən ümumi ziyanın məbləği 10 milyard yuan həcmində qiymətləndirilir.

Hazırda hüquq-mühafizə orqanları "fırıldaq düşərgələri"nin rəhbərliyinə daxil olan daha 12 nəfərin axtarışını aparır.

Bizə qoşulun